İphoneu “sindirdiqdan sonra” özünü idarə edən avtomobili necə yaratmali


Digərləri 19 Okt 2019 23:20:00 363 0

İphoneu “sindirdiqdan sonra” özünü idarə edən avtomobili necə yaratmali

Bu gün haqqında söhbət açacağımız şəxsin adı Corc Frensis Hotsdur (George Francis Hotz). Cəmi 30 yaşı olan bu gənci məlumatlı şəxslər daha çox "geohot", "million 75" və "mil" ləqəbləri ilə tanıyırlar.

Hazırda Hots özünü idarə edən avtomobillər üzərində işləyir. O, layihələrinə külli miqdarda invesitisiya cəlb edə bilib. Lakin bütün bunlar həmişəki kimi balaca bir hadisədən başlayıb.

"Apple" şirkətinin əsas gəlir mənbəyinə çevriləcəyi gözlənilən ilk smartfon 2007-ci ildə bazara çıxıb. Corc Hots ondan istifadə etmək istəyib, amma "T-Mobile" operatorunun abonenti olduğu üçün belə bir imkanı olmayıb. Çünki həmin vaxt yeni mobil telefon təkcə "AT&T" operatorunu dəstəkləyib.  Gənc "iPhone"-u söküb, gərginliklə təchiz etmək üçün məlumat prosessoruna naqil lehimləyib və kodu skremblinq edib. Bundan sonra smartfona istənilən operatorun şəbəkəsində işləməyə imkan yaradan proqram yazıb.

2009-cu ildə Hots öz bloqunda "A Real Challenge" ("Əsl dəvət") postunu dərc edib. O, bu yolla "Sony PlayStation 3" qurğusunun müdafiə mexanizminin "sındırılması" üzərində işə başladığını qeyd edib. Həmin vaxt məhz bu konsol kiberhücumlara dayanıqlılıq etalonu hesab edilirdi. Hots konsulu sırf proqram vasitələri ilə "sındırmağa" çalışıb. 26 yanvar 2010-cu ildə o, işin başa çatdığını elan edib.

Gənc tədqiqatçı əmindir ki, avtopilot avtomobili maksimum rəvan idarə etməlidir, sanki "sükan arxasında" cansız robot deyil, dünyanın ən yaxşı limuzin sürücüsü əyləşib. Hotsun keçmiş xidmətlərini nəzərə alsaq, araşdırmalara investorlardan maddi yardım olmaq elə də böyük problem olmayıb.

Startap "Comma" adı alıb. İnvesitisiyaya ayrılan pullar nəinki layihələrə, eyni zamanda avtomobillərin yenidən təchiz edilməsi üçün hazır komplektlərin yaradılmasına xərclənir. Hazırda işlər çox irəliləyib və avadanlıq yaxın aylarda satışa çıxarıla bilər. İlk növbədə həmin komplektlər "Honda" və "Acura" markalı avtomobillər üçün satılacaq. Sonra başqa avtomobilləri dəstəkləyən nümunələr bazara çıxarılacaq.

Corc Hotsun avtomobili artıq ictimai yollarda hərəkət edir. O, həmin avtomobildə bir neçə jurnalisti də özü ilə gəzdirib. Hots bu nümunənin yaradılmasında tək iştirak edib, ancaq işləri davam etdirmək üçün daha 20 nəfəri layihəyə cəlb etməyi düşünür.

(adsgarden = window.adsgarden || []).push({});