Həyatınız seçdiyiniz qadındır...


Digərləri 19 Okt 2019 21:45:00 264 0

Həyatınız seçdiyiniz qadındır...

Harun Rəşid müharibədə əsir götürdüyü düşmən generalına deyir: - Canını bağışlayaram, lakin bir şərtim var: Qadınlar bu həyatda ən çox nə istəyirlər?- bunu bilmək istəyirəm... Bu suala doğru cavab ver, kəlləni qurtar.

General bu çətin sualın cavabını axtarmağa başlayır. Çox soraqlaşır və nəhayət Qaf dağındakı bir cadugərin bu sualın cavabını bildiyini öyrənir. Gecə - gündüz yol gedib cadugəri tapır və soruşur. - Qadınlar həyatda ən çox nəyi istəyirlər? Qorxunc cadugər cavabına qarşılıq çox ağır bir şərt qoyur.

- Mənimlə evlən! Ancaq ondan sonra sualına cavab tapa bilərsən.

Son.az qadinkimi.com-a istinadən bildirir ki, əsir general bu ağır şərti çətin də olsa qəbul edir. Doğru cavabı aldıqdan sonra isə həmən Harun Rəşidin yanına qaçır: - Qadınlar öz azad iradələri ilə hərəkət etmək istəyirlər!

Harun Rəşid əsir generalın həyatını bağışlayır. Ancaq o cadugərlə evlənəcəyinə söz verib. Nə etsin, çarəsiz qalıb evlənir. İlk gecə qaranlıq otağa daxil olan general görür ki, qorxunc cadugər bir dünya gözəli afətə çevrilib.

- Mənim taleyim də belədi... Mən yalnız günün yarısında gözəl ola bilirəm, digər yarısında çirkin oluram. Nə deyirsən, gecələri səninlə olanda gözəl olum, yoxsa gündüz vaxtı çöldə olanda? General arif adam olur; Düşünür və: - Sən bilərsən, qərarı özün ver deyir.

Elə o andan qorxunc cadugər sonsuzadək  gözəl qadına çevrilir və bir daha dəyişmir...

Beləliklə, bu nağıldan öyrəniləcək 3 dərs nədir ???

(adsgarden = window.adsgarden || []).push({});