Ərdoğan: Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir


Dünya 19 Okt 2019 21:29:00 322 0

Ərdoğan: Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir

Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri əyalətində çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib: "Əgər 120 saat ərzində ABŞ ilə razılaşmanın şərtləri yerinə yetirilməzsə, Türkiyə Suriyanın şimalında əməliyyatı davam etdirəcək".

Onun sözlərinə görə, Türkiyə əvvəldən irəli sürdüyü şərtlərdə güzəştə getmirdi: "Əgər Türkiyəyə verilən sözlər yerinə yetirilməzsə, biz əvvəlki kimi gözləməyəcəyik və başladığımız əməliyyatı davam etdirəcəyik".