Amerikalılar "Kolumb Günü"nü qeyd edib


Digərləri 19 Okt 2019 19:50:00 237 0

Amerikalılar "Kolumb Günü"nü qeyd edib

Amerikalılar "Kolumb Günü"nü qeyd edib.

1492-ci ildə Xristofor Kolumb İspaniyadan kiçik gəmi ilə Asiyanın qərb keçidini tapmaq məqsədi ilə yola düşüb. Bu keçidi tapmamağına baxmayaraq, o hazırda Amerika qitəsi kimi tanınan torpağı kəşf edib.

Kolumbun Qərb yarımkürəsinə səfərlərinin təsirlərindən biri qloballaşmanın erkən bir nümunəsi kimi tanınan "Kolumbiya mübadiləsi" prosesi idi.

"Kolumbiya mübadiləsi" hər iki qitəyə yeni mədəniyyət gətirdi. Kolumbun Karib bölgəsinə və Avropaya səyahətləri bu günə qədər davam edən mədəniyyət, mallar və qidaların mühüm qitələrarası mübadilə hərəkətidir.

Məsələn, Avropadan gətirilən atlar bir sıra yerli Amerika tayfalarına köçəri yaşayış üslubundan ovçuluq həyat tərzinə keçməyə imkan yaradıb. Amerika qitəsinə xas olan kartof, pomidor və qarğıdalı kimi məhsullar avropalılara öz əhalisini saxlamağa kömək edən əsas qida məhsullarına çevrilib. Avropadan gətirilən buğda tez bir zamanda Amerikada insanlar üçün əsas ərzaq mənbəyinə çevrilib. Afrikanın qəhvəsi və Asiyanın şəkər çuğunduru bir çox Latın Amerikası ölkələri üçün əsas qida bitkilərinə çevrilib.

(adsgarden = window.adsgarden || []).push({});