Qara dizlər. Ev şəraitində


Digərləri 19 Okt 2019 19:22:00 261 0

Qara dizlər. Ev şəraitində

Bu kosmetoloji problemdən bir çox qadınlar əziyyət çəkir.

Son.az saglamolun.az-a istinadən bildirir ki,  bunun səbəbləri arasında pis gigiyena, dərinin fərdi xüsusiyyətləri (çox qalın və quru olması), günün təsiri, hormonal dəyişikliklər (məsələn, qadınlarda menopauza zamanı) ola bilər.

Ev şəraitində bu problemi həll etmək üçün çox sadə vasitələr mövcuddur:

- Qatıq + duz. Qatığı narın duzla qarışdırıb problemli dəriyə sürtün və massaj edin. Maskanı dəridə bir qədər saxlayın və sonra yuyun.

- Limon şirəsi. Bu əla ağardıcı vasitədir. Limonun dilimini kəsib dizlərinizə sürtün.

- Soda + su. Sodanı az miqdarda suda həll edin, pambıq batırın və dəriyə sürtün.

(adsgarden = window.adsgarden || []).push({});