Gözəl və ağıllı qadınlar niyə adətən tənhalığı seçir?


Digərləri 19 Okt 2019 19:15:00 272 0

Gözəl və ağıllı qadınlar niyə adətən tənhalığı seçir?

Dünyada nigahdan kənar yaşayan cütlüklər çoxdur. Ailə bağından qaçan gözəl və ağıllı qadınların sayı artmaqdadır. Artıq bu ciddi problemə çevrilir. Məsələn, Amerikada qadınların 50, 2 % - i tək yaşamağa üstünlük verir. Bu 124, 6 mln. deməkdir. Bu problemin səbəblərini araşdırdıqda gördüklərimizi sizinlə də bölüşmək istədik.

1. MÜASİR QADINLAR AZADDIR

Son.az qadinkimi.com-a istinadən bildirir ki, qadınlar illərdir öz hüquqları uğrinda mübarizə aparır, dünyanı dəyişir və asılı olmaqdan qurtulurlar. İndi  kişilərlə bərabər işləyən, hətta karyerada onlardan irəlidə olan  qadınlar az deyil. Fiziki güc üstünlüyü belə qadının ailədə kişidən asılılığına səbəb deyil. Qadınlar  pul ödəməklə istənilən fiziki güc tələb olunan işi gördürə bilir. Və bu həyat yoldaşlarının bunu nə zaman edəcəyini gözləməkdən daha tez və asan olur.

2. QADINLAR ASUDƏ VAXTLARINA DAHA ÇOX DƏYƏR VERMƏYƏ ÇALIŞIR

Müasir qadınların çoxu işdənkənar vaxtlarını ailəyə - həyat yoldaşına və uşaqlarına, ev işlərinə sərf etməkdənsə, özlərinə ayırmağa üstünlük verir: gözəllik salonları, şoppinqlər, peşəkarlıqlarını artırmaq, əlavə təhsil və s. Ailəyə vaxt ayırmaq indi qadınlar üçün maraqlı deyil.

3. QADINLARIN  EMOSİONAL HALI DAHA DAYANIQLIDIR

Zarafatla səslənən "güclü qadınlar pişik saxlamağa daha çox meyllidir" deyimi həqiqətdən uzaq deyil. Müasir qadınlar sələfləri ilə müqayisədə mənən daha güclü, daha təhsilli, ruhsal olaraq daha dayanıqlıdırlar. İndi qızların da oğlanlar qədər yaşam seçimi imkanları var. Onlar sadəcə kiməsə ərə getmək arzusuyla yaşamır. Özlərinə uyğun, həyatlarını etibar edə biləcəkləri insanı tapmaq istəyirlər.

4. MÜASİR QADINLARIN STANDARTLARI YÜKSƏKDİR

(adsgarden = window.adsgarden || []).push({});