Orqanizmdə kandida göbələyini yoxlamaq üçün


Digərləri 19 Okt 2019 19:02:00 205 0

Orqanizmdə kandida göbələyini yoxlamaq üçün

Kandida göbələyi orqanizmdə iltihabı artıran, bir çox xəstəliklərə səbəb olan, hətta xərçəngin belə səbəbkarı kimi qeyd olunan bir göbələk növüdür.   İnsan orqanizmində bu göbələk əvvəldən təbiətən normal miqdarda olur. Amma bu norma aşılanda, balans pozulur, allergiya, eczema, baş ağrıları başlayır.   Göbələk artdıqca bədəndə toksinlər artır, qana düşüb bütün orqanlara yayılır. Bu isə sağlamlıq üçün zərərlidir.

Son.az medicina.az-a istinadən orqanizmdə virus kimi yayılan ziyanlı candida göbələyinin artıb-artmamasını ev şəraitində test etmək üçün sadə üsulu təqdim edir. Belə hesab edin ki, bu bir ev analizidir Səhər tezdən oyanan kimi, heç nə yeyib içmədən, ağzınıza bir qədər öz tüpürcəyinizi yığıb, bir stəkan təmiz suya tüpürün.

Stəkanın ağzına salfet qoyub, bir kənara qoyun. 30 dəqiqədən sonra stəkanda tüpürcəyin su ilə vəziyyətinə baxin.

Əgər  tüpürcək stəkanın dibinə sap kimi uzun-uzun enirsə, su bulanıbsa, bulanıq çöküntü varsa, sizdə kandida çoxalıb və buna bağlı problemlər artıq var. Əgər tüpürcək suyun üzərində qalıb üzürsə, bu o deməkdir ki, normadadır, artım yoxdur.

(adsgarden = window.adsgarden || []).push({});