Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı


Dünya 19 Okt 2019 15:57:00 287 0

Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı

Rusiyanın Yaroslav vilayətində yanmış binanın dağıntıları arasından daha bir nəfərin meyiti çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, FHN əməkdaşları 50 yaşlı kişinin cəsədini dağılmış kərpiclərin arasından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bununla da yanğında ölənlərin sayı 5-i uşaq olmaqla 7 nəfərə çatıb.

Qeyd edək ki, oktybarın 10-da binanın 2-ci mərtəbəsinin taxta bərkitmələrində çıxan yanğın dağıntılara səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.