Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...


Dünya 19 Okt 2019 15:35:00 314 0

Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

İşğal altındakı Dağlıq Qarabağa səfərdən sonra erməni politoloq Arkadi Melkonyan separatçı rejimdəki həyatla bağlı səs-küylü açıqlama ilə çıxış edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, News Front agentliyinin "Əslində" verilişinin studiyasında Melkonyan, Dağlıq Qarabağ və Donbas arasında paralellər apararaq qeyd edib ki, "dqr"də yaşayış səviyyəsi kifayət qədər yüksəkdir.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən müntəzəm səsləndirilən işğal olunmuş ərazilərdəki "inanılmaz həyat" ilə bağlı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş ərazilər əhalisiz qalmaqda davam edir.

Uzun illərdir ki, Ermənistan hakimiyyəti bu ərazilərin məskunlaşması üçün səy göstərir, müxtəlif sosial proqramlar hazırlayır. Lakin ermənilər Qarabağda yaşamaqdan imtina edirlər. 2014-2015-ci illərdə Suriyanın bir hissəsi "İslam Dövləti" terrorçuları tərəfindən işğal edildikdə, Ermənistan hökuməti Suriyadakı erməni qaçqınları Qarabağda yerləşdirməyə cəhd göstərdi. Bir neçə yüz suriyalı erməni Qarabağa gəldi, yeni həyat qurmağa cəhd etdi.

Ancaq zaman göstərdi ki, müharibə şəraitində olan Suriyada yaşamaq daha yaxşıdır, nəinki "dinc" Dağlıq Qarabağda.

Türkiyə Ordusunun Suriyadakı hərbi kampaniyasının başlaması ilə də Ermənistan hakimiyyəti, suriyalı ermənilərin bir hissəsini, sonradan Dağlıq Qarabağda yerləşdirmək məqsədilə Ermənistanda məskunlaşdırmaq qərarına gəldi.