Bakıya gələn müğənni çantasını SƏHV SALDI


Şou-biznes 19 Okt 2019 13:28:00 267 0

Bakıya gələn müğənni çantasını SƏHV SALDI

Türkiyəli müğənni Adil Karacanın başına iş gəlib.

Son.az xəbər verir ki, Azərbaycan toylarına yerli məşhurlardan daha çox dəvət alan türkiyəli ifaçı qarşılaşdığı olay barədə Zümrüd Bədəlovanın aparıcısı olduğu proqramda məlumat verib.

Adil Karaca verilişdə geyinmək üçün Bakıya gətirməyi nəzərdə tutduğu geyiminin yanlışlıqla Moskvaya göndərildiyini üzgün şəkildə danışıb:

"Ailəmlə Antalyaya getmişdim. Ailəmi oradan Moskvaya yola saldım, mən də Bakıya gəldim. İçimdə bir hiss var idi ki, çantalar yoxsa qarışdı?! Özü də çantanı bağlamışdıq qarışmasın deyə. Əlavə şalvarım da yox idi. Otelə getdim, çantanı açanda baxdım ki, uşaqların paltarları. Çantaya əsəbimdən təpik vurdum".