Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü


Digərləri 19 Okt 2019 11:34:00 221 0

Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü

Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.

Bakı. Samir Əli - Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib. Trend-in məlumatına görə, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib. Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin