Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü


Digərləri 19 Okt 2019 11:14:00 256 0

Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü

Bakıda tikintidə ölüm hadisəsi baş verib

Bakı. Samir Əli - Bakıda tikintidə ölüm hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin