BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var


Digərləri 19 Okt 2019 07:45:00 197 0

BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Bakı. Ləman Zeynalova - Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var. Trend-in məlumatına görə, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerolayn Gilbert Bakıda Xəzər Texniki Konfransında deyib. O bildirib ki, Azərbaycanda külək enerjisinin inkişafı üçün böyük potensial var, Abşeron yarımadasında küləyin sürəti saniyədə 8-9 metrə çatır. Günəş enerjisinə gəldikdə isə nümayəndə bildirib ki, bu sahədə də ümidverici potensial var. Ölkədə bir sutka ərzində bir kvadrat metrə 4 kilovatt/saat günəş işığı düşür. (adsgarden = window.adsgarden || []).push({}); O bildirib ki, BP bu sahədə rəqəmsal platformalar hazırlayır və onlardan bəziləri Azərbaycanda da istifadə oluna bilər. K.Gilbert əlavə edib ki, Paris sazişi çərçivəsində Azərbaycan 2030-cu ilədək parnik qazı tullantılarını 35 faiz azaltmaq niyyətindədir və BP şirkəti ölkədə enerjinin transformasiyası məsələsində dəstək göstərməyə hazırdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin