Təyyarə avtomobillə toqquşdu,


Dünya 18 Okt 2019 20:37:00 247 0

Təyyarə avtomobillə toqquşdu,

ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə eniş edərkən avtomobillə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində pilot yerindəcə ölüb.

"Pikap" avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı deyilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.