Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub (FOTO)


Digərləri 18 Okt 2019 19:35:00 85 0

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olunub (FOTO)

Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Bakı. Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik etdi. Bildirdi ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar müstəqil Azərbaycanın inkişafı naminə öz istedad və bacarıqlarını əsirgəmir, mədəni mirasımızı ölkəmizin hüdudlarından kənarda da layiqincə təbliğ edirlər. Onlar həm də köklü ənənələrə malik olan mədəniyyətimizin gənc nəsillərə ötürülməsində səylə çalışırlar. Nazir qeyd etdi ki, Azərbaycanın mədəniyyətinin inkişafına töhfə verən insanların əməyi dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilir: "Məlum olduğu kimi, 2 Avqust – Milli Kino Günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup mədəniyyət və incəsənət xadimi təltif edilib. Bundan əlavə, mədəniyyət sahəsində, dövlət qulluğunda çalışan bir neçə əməkdaşımız da mükafatlandırılıb. Bu gün həmin insanlara mükafatlar təqdim olunacaq". Ə.Qarayev Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insanın çalışdığını, yüz minlərlə şəxsin yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırdı. Söylədi ki, ildən-ilə artan tədbirlər, həyata keçirilən layihələr, bu sahədə qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, mədəniyyət sahəsində inkişaf sistemli şəkildə davam edir: “Nazirliyin qarşısında duran əsas məsələlərdən biri də Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılmasıdır. Bu gün mükafatlandırılanlar arasında bu istiqamətdə çalışan insanlara nümunə ola biləcək əməkdaşlar da var. Əgər bir insan cənab Prezident tərəfindən yüksək ada layiq görülürsə, deməli, o, mədəniyyət sahəsində uğur qazanıb. Mən hər birinizi cənab Prezidentin adından təbrik etmək istəyirəm. Ölkə başçısı tərəfindən təltif edilmək hər kəsə qismət olmur. Siz əməyinizlə, yaradıcılıq və istedadınızla bu adları qazanmısınız. Dövlət başçısının verdiyi bu qiymət sizlərin xalqımıza, cəmiyyətimizə gərəkli insanlar olduğunuzun bir göstəricisidir. Çünki sizin töhfələriniz də cəmiyyətimizin inkişafına xidmət edir. Ona görə də mən bu sahədə uğurlu işlərin daimiliyini arzulayıram”. Nazir mükafatlandırma mərasiminin Azərbaycan Milli İncəsənət Muzeyində keçirilməsinin təsadüfi olmadığını bildirdi: "Bu bina Azərbaycan memarlıq məktəbinin müstəsna nümunələrindəndir. Məlumdur ki, muzeyin binası Prezident İlham Əliyevin sərəncamı ilə təmir edildi. Hazırda bu mədəniyyət ocağında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunur. Mən sizləri də, vətəndaşlarımızı da bu muzeyi ziyarət etməyə, burdakı nadir incəsənət nümunələri ilə tanış olmağa dəvət edirəm”. Ə.Qarayev çıxışının sonunda mədəniyyət anlayışının sənət adamlarının yaradıcılığı ilə məhdudlaşmadığını, bu məfhumun həm də həyat normasına çevrilən zaman böyük ictimai əhəmiyyət kəsb etdiyini vurğuladı. (adsgarden = window.adsgarden || []).push({}); Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi. Dövlət başçısının sərəncamları ilə Quliyeva Xalidə Camal qızı, Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu “Xalq artisti” fəxri adına layiq görülüblər. Azay Adil Çərkəz oğlu, Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu “Əməkdar incəsənət xadimi” fəxri adı, Əliyeva Günay Sabir qızı, Babayev Mobil Rəşid oğlu, Qasımova Ruhəngiz Nağı qızı isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənmə” medalları ilə mükafatlandırılıb. Bütün təltif olunanları təbrik edən Ə.Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı. Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olundu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb  FOTO like
  • 18 Okt 19:32  
Siyasət Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb FOTO

Oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİSEF) aras

arrow Ətraflı
Məşhurlar yeni FOTOlarını yaydılar like
  • 18 Okt 19:28  
Şou-biznes Məşhurlar yeni FOTOlarını yaydılar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb (FOTO) like
  • 18 Okt 19:26  
Digərləri Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİSEF) aras

arrow Ətraflı
Ukrayna klubuna qarşı cinayət işi açıldı like
  • 18 Okt 19:21  
İdman Ukrayna klubuna qarşı cinayət işi açıldı

Ukrayna Baş Prokurorluğu Kiyev Dynamo-suna qarşı cinayət i

arrow Ətraflı
Elmar Məmmədyarov Qətərin yeni səfiri ilə görüşüb (FOTO) like
  • 18 Okt 19:14  
Digərləri Elmar Məmmədyarov Qətərin yeni səfiri ilə görüşüb (FOTO)

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycana yeni təyin olu

arrow Ətraflı
"Reyyan" plastik əməliyyat etdirib?  FOTO like
  • 18 Okt 19:12  
Digərləri "Reyyan" plastik əməliyyat etdirib? FOTO

Türkiyənin sevilən "Hercai" serialındakı "Reyyan" obraz

arrow Ətraflı
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq like
  • 18 Okt 19:05  
Digərləri Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq

Azərbaycanın 2020-ci il icmal büdcəsinin gəlirləri 27 milyard 533,1 milyon

arrow Ətraflı
Yunker ağlayaraq vidalaşdı like
  • 18 Okt 18:56  
Dünya Yunker ağlayaraq vidalaşdı

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa Birliyindəki sonuncu s

arrow Ətraflı
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq like
  • 18 Okt 18:54  
Digərləri Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq

Azərbaycanın 2020-ci il icmal büdcəsinin gəlirləri 27 milyard 533,1 milyon

arrow Ətraflı
“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...”  Ərdoğan like
  • 18 Okt 18:50  
Dünya “Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” Ərdoğan

ABŞ Prezidenti Donald Trampın mənə yazdığı diplomatik nəzakətlə heç

arrow Ətraflı
Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin like
  • 18 Okt 18:46  
Digərləri Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

“Azercell Telekom” MMC iPhone 11, iPhone 11 Pro və iPhone Pro Max əldə ed

arrow Ətraflı
Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq?  SİYAHI like
  • 18 Okt 18:44  
Digərləri Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq? SİYAHI

2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hes

arrow Ətraflı
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək like
  • 18 Okt 18:38  
Digərləri "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

2020-ci ildə dövlət büdcəsindən "Bakı Metropoliteni" QSC-yə 40

arrow Ətraflı