KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir FOTO


Digərləri 18 Okt 2019 17:55:00 331 0

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir  FOTO

Mikro və kiçik sahibkarlıq subyektlərinin əl işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən "Bazarını yarat" adlı sərgi-satış yarmarkasında nümayiş olunub.

Son.az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, Nizami Kino Mərkəzində təşkil olunmuş yarmarkanın keçirilməsində məqsəd özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını qurmuş şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış məhsulların satışına dəstək göstərməkdir.

Özünüməşğulluq proqramına qoşulmuş şəxslərlə yanaşı, KOBİA-nın dəstəyi ilə sərgi-satış yarmarkasında iştirak edən mikro və kiçik sahibkarlar, eləcə də "Damla" Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər və araxçınlar, müxtəlif rəsimlər və s. təqdim olunub.

"Bazarını yarat" yarmarkasının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.