Qayınanası canlı yayımda Elnarə barədə GÖRÜN NƏ DEDİ


Şou-biznes 18 Okt 2019 17:31:00 396 0

Qayınanası canlı yayımda Elnarə barədə GÖRÜN NƏ DEDİ

"Qayınanayla yaşamırsan, sən?

Son.az xəbər verir ki, bu sualla Zaur Kamal proqramında qonaq olan Elnarə Xəlilovaya müraciət edib.

Elnarə "Yox, artıq 7 ildir ki, ayrı yaşayıram" cavabını verib. Aparıcı şou-biznesin ən çox uşaqlı anası Elnarənin qayınanasından ayrı yaşaması olayından şübhələnib. Müğənni aralarında heç bir inciklik olmadığını, ayrı yaşamaqlarına səbəb kimi qayınanasının Zabratda - şəhərdən kənarda yaşamasını göstərib:

"Günü bu gün də arzulayıram ki, kaş ki, qayınanamla bir yerdə yaşayardım. Onlar bir az uzaqdadırlar - Zabratdadırlar. O biri oğlunun evindədir. Qayınanmla münasibətimiz çox yaxşıdır. Bir gündən bir telefonla danışırıq. Gah xiyar bağlayır mənim üçün, gah pomidor. Deyirəm "Ay arvad, eləmə. İstəmirəm, eləmə". Qıymıram. Xəstə adamdır. Şəkəri var, təzyiqi var. Ayaq üstə zorla dayanır. Deyirəm "Sən ayaq üstə dura bilirsən, xiyar bağlayırsan? Eləmə!" Amma o, işsiz qala bilmir" .

Zaur Elnarənin sözlərinə inanmayaraq canlı yayımda müğənninin qayınanası ilə telefon əlaqəsi yaradıb. Qayınanasının canlı yayımda dedikləri Elnarənin sözləri ilə üst-üstə düşüb: