MSK sədri: Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur


Digərləri 18 Okt 2019 17:00:00 305 0

MSK sədri: Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, seçkilərin keçirilməsi sahəsində Azərbaycanın geniş təcrübəsi var. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata kerçiriləcək. M.Pənahov əlavə edib ki, seçkilərlə bağlı bütün əhəmiyyətli məqamlar KİV tərəfindən cəmiyyətə çatdırılır. Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin