Suriyanın şimalında 100 maşından ibarət silah daşıyan ABŞ karvanı müşahidə edilib


Dünya 18 Okt 2019 16:05:00 326 0

Suriyanın şimalında 100 maşından ibarət silah daşıyan ABŞ karvanı müşahidə edilib

Türkiyə ilə ABŞ-ın Suriyanın şimalında müvəqqəti atəşkəs anlaşması fonunda ikincinin bayraqları ilə hərəkətdə olan və 100-dən çox yük maşınını ehtiva edən hərbi karvan hərəkət edərkən görünüb.

Son.az salamnews-a istinadla xəbər verir ki, bu gecə Suriyanın əş-Şədadi bölgəsindən ölkənin şimal-şərqi istiqamətdə hərəkətdə olan ABŞ-ın böyük hərbi karvanı müşahidə edilib.

Bildirilib ki, hərbi karvan silah daşıyan yük maşınlarından ibarətdir. Onların hərəkət məqsədi hələ məlum edilməyib.

Ehtimal verilir ki, bu, Suriyadan İraqın şimalına doğru hərəkət edən hərbi karvandır.