Azərbaycana partlayıcı maddə keçirmək istədilər (FOTO)


Digərləri 18 Okt 2019 12:45:00 286 0

Azərbaycana partlayıcı maddə keçirmək istədilər (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21013" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21013" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində 15 ədəd sellofanda, ümumilikdə 3 kiloqram partlayıcı maddə - barıt aşkarlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin