NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq


Digərləri 18 Okt 2019 06:30:00 301 0

NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 2022-ci ildə Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, VIPER adlanacaq bu özüyeriyən aparat ötən ilin aprelindən agentlikdə müzakirə edilən Ayın resurslarının öyrənilməsi layihəsi çərçivəsində istifadəyə veriləcək. Onun köməyi ilə Yerin təbii peykində yaradılacaq bazada həyat fəaliyyətinin təmin edilməsi, habelə raket yanacağı kimi oksigen və hidrogenin əldə edilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, lunoxodun üzərində Ayın səthindəki qatlarda hidrogenin miqdarını ölçmək üçün neytron spektrometri, həmçinin yaxın məsafədən infraqırmızı diapazonda işləyəcək və uçan maddələrin izlərini axtaracaq cihaz quraşdırılacaq. Eyni zamanda, aparatda 1 metr dərinlikdə qazıntı işləri aparacaq qazma qurğusu və bu zaman əldə olunan süxur nümunələrini analiz edəcək çəki spektrometri də yerləşdiriləcək.

ABŞ-ın Marşall Kosmik Uçuşlar Mərkəzinin əməkdaşı Debra Nidem bildirib ki, bu layihə Ayın cənub qütbündə maddələrin qalıqlarının axtarılması, habelə onun səthindən buxarlanan bütün maddələrin aşkar edilməsi və təhlili baxımından əhəmiyyətlidir. O əlavə edib ki, bu mühüm layihə hələ müzakirə mərhələsindədir. D.Nidemin sözlərinə görə, yeni lunoxodun əsas xüsusiyyəti onun Ayın bu hissəsini həm işıqlı, həm də qaranlıq vaxtda tədqiq edə bilməsidir. Bu, daha çox elmi informasiya almağa şərait yaradacaq. Digər tərəfdən, Yerin təbii peykinin cənub qütbündə qaranlıqla işığın bir-birini əvəz etməsi zamanı ayrı-ayrı hissələrdə səthin elektrikləşməsi və Ay tozunun yuxarı qalxması baş verir.

(adsgarden = window.adsgarden || []).push({});