Hollivudun ən nüfuzlu şəxsləri açıqlandı


Digərləri 18 Okt 2019 02:30:00 362 0

Hollivudun ən nüfuzlu şəxsləri açıqlandı

"The Hollywood Reporter" nəşri əyləncə sahəsində Hollivudun ən nüfuzlu şəxslərinin illik reytinqini dərc edib.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, birinci yeri "The Walt Disney" kompaniyasının direktoru Robert Ayqer tutub. Qeyd edilir ki, "Disney" studiyasının filmləri bu il kompaniyaya səkkiz milyard dollar pul gətirib.

İkinci yerdə "Neftlix"in baş direktoru Rid Hastinqs və baş kontent-direktoru Ted Sarandos, üçüncü yerdə isə "NBCUniversal"ın idarəçiləri Brayn Roberts və Stiv Burke qərarlaşıblar.

Reytinqdə ilk dəfə ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel də yer alıb. Onlar bu ilin yayında "Neftlix" üçün Oqayo ştatının sənayesi haqda sənədli film təqdim edib. Cütlük siyahıda 50-ci yeri tutub.

(adsgarden = window.adsgarden || []).push({});