Üzümüzdəki “ÖLÜM ÜÇBUCAĞI” – Nəyə görə bu hissəyə


Digərləri 17 Okt 2019 23:25:00 332 0

Üzümüzdəki “ÖLÜM ÜÇBUCAĞI” – Nəyə görə bu hissəyə

Yəqin ki, bu məlumat çoxunuz üçün yeni olacaq. Hər bir insanın üzündə "ölüm üçbucağı" yerləşir. Məhz bu üçbucağa daxil olan hissələr infeksiya və virusların orqanizmə daxil olan qapısıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu təhlükəli üçbucağa burun, burunətrafı hissə və dodaqlar daxildir. Üzün məhz bu hissəsi ən çox damarların yerləşdiyi nahiyədir, hansı ki, bu damarların hər biri xüsusi klapanla təchiz olunub.

Əgər bu üçbucaq nahiyəni hansısa infeksiya keçə bilirsə, o, baş və beyinə daha tez çatır, bu zaman xəstə ölümə yaxınlaşır. Dermatoloqlar bildirir ki, bu hissəyə çirkli əllərlə toxunmaq, ovuşdurmaq olmaz.

Məhz bu hissədə burunun ucu qara nöqtələrlə dolur və furunkul yaranır. Furunkul piy vəzilərinin tutulması səbəbindən iltihablaşması deməkdir. Dəri altında yayılan iltihab və irin yol tapıb çıxa bilmir.

Furunkulyoz dermatologiyada ən təhlükəli problemdir.

Əgər furunkul yaranıbsa, onu deşmək, iynə ilə açmaq, sıxmaq qəti qadağandır. Burun ucundakı iri qara nöqtələr isə kamedonlar adlanır.

(adsgarden = window.adsgarden || []).push({});