Azərbaycan neftinin qiyməti yenə dəyişdi


Digərləri 17 Okt 2019 23:15:00 287 0

Azərbaycan neftinin qiyməti yenə dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 63,61 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 63,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur. (adsgarden = window.adsgarden || []).push({}); Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,45 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin