Tesla gələn ay elektropikap prototipini təqdim edəcək


Digərləri 17 Okt 2019 22:20:00 249 0

Tesla gələn ay elektropikap prototipini təqdim edəcək

Tesla şirkəti Amerika maşın bazarında çevriliş edə bilər.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət böyük şəhərlərdən kənarda fərdi nəqliyyat vasitələrinin elektrikləşdirilməsi istiqamətində vacib addım atacaq.

Tesla elektropikap istehsalını demək olar ki, sona çatdırıb. Şirkətin rəhbəri İlon Mask yeni modelin prototipinin gələn ay ictimaiyyətə təqdim olunacağını deyib.

Elektropikaplar barədə xəbərlər hələ ilin əvvəlindən dolaşır. Avtomobilin birdəfəyə 640-800 km məsafə qət edə biləcəyi və dəyərinin 50 min dollardan az olacağı məlumdur.

Əsas sir pərdəsi isə pikapın görünüşü ilə bağlıdır. Mart ayında kompakt Tesla Model Y krossoverinin təqdimatında yayımlanan yeganə görüntü hansısa ipucu verməyib. İ.Mask isə pikapın futuristik görünüşə sahib olacağı barədə sualları açıq buraxıb.

(adsgarden = window.adsgarden || []).push({});