Dyson avtomobil buraxmaq fikrindən daşınıb FOTO


Digərləri 17 Okt 2019 22:30:00 216 0

Dyson avtomobil buraxmaq fikrindən daşınıb  FOTO

Uzun müddətdir ki, tozsoranların istehsalı üzrə ixtisaslaşmış Dyson şirkəti elektromobil yaratmaq üzərində çalışmaları davam etdirirdi. Şirkətin rəhbəri Ceyms Dayson hətta bu məqsədlər üçün Uiltşirdə müəssisə inşa edəcəyini də bildirmişdi.

Dayson bu layihəyə iki milyard funt-sterlinq sərmayə qoymaq fikrində olduğunu da söyləmişdi. Bu vəsaitin bir milyardı elektromobilin, digər yarısı isə, sərtgövdəli akkumulyatorların yaradılmasına yönəldiləcəkdi. Layihəyə son verilməsinin səbəbi kimi firmanın rentabelsiz olduğu və iki müddətində müştərilərin tapılmadığı göstərib.

Son.az autograph.az-a istinadən bildirir ki, Ceyms Dayson isə, öz növbəsində, qərarın "komandanın uğursuz işləmələri və səhvləri" ilə əlaqədar olmadığını bildirib. O, mövcud olan komandanın əla elektrokar yaratmağa qadir olduğunu və layihənin bağlanması ilə heç əlaqəsinin olmadığını qeyd edib.

Hazırda Dyson firmasının rəhbərliyi layihədə məşğul olanlar üçün alternativ iş yerlərinin yaradılması ilə məşğuldur. Dayson şirkətdə qalmaq istəyənlərə "layihəyə verdiyi töhfəyə müqabilində layiqli dəstək" veriləcəyini də bildirib.

(adsgarden = window.adsgarden || []).push({});