Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı


Dünya 17 Okt 2019 20:14:00 277 0

Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trampın məktubunu "zibilə atıb", -BBC-nin əldə etdiyi məlumatda deyilir. 9 oktyabr tarixli məktubda cənabTrump Erdoğana yazır: "Dikbaş olmayın. Axmaq olmayın!".Türkiyə prezidentinə yaxın mənbələrdən BBC-yə verilən məlumatda deyilir ki, cənab Erdoğan məktubu "tamamilə rədd edib".

***

ABŞ prezidenti Donald Tramp Türkiyə ordusunun Suriyanın şimalında "Barış pınarı" əməliyyatına başladığı gün prezident Rəcəb Tayyib Ərdoğana çox sərt məzmunlu, diplomatik etikadan kənar ifadələrin də yer aldığı məktub göndərdiyi üzə çıxıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə məktubun olduğu haqda "New York Times" qəzeti əvvəlcə yazıb. Qəzetin yazdığına görə Trampın çərşənbə günü Suriyaya dair Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Ərdoğana "ağır" məktub yazdığını bildirib.

Tramp daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri , respublikaçı Kevin Makkartidən məktubun nüsxəsini iclasdakılara paylamasını istəyiib. Bunun ardınca məktub mətbuata sızıb.

Əvvəlcə "Fox News" müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib.

Tramp məktubda Ərdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Çətin adam" olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm" deyib.

Tramp öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib.

Tramp Türkiyənin bəzi problemlərini həll etmək üçün çox çalışdığını vurğulayıb:"Cənab Prezident, gəlin yaxşı razılıq ortaya qoyaq. Minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz və mən Türkiyə iqtisadiyyatını məhv etməkdə məsul olmaq istəmirəm - və bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.