Azərbaycana axan çay rəngini dəyişdi


Digərləri 17 Okt 2019 19:59:00 303 0

Azərbaycana axan çay rəngini dəyişdi

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir.

Son.az Modern.az-a istinadən xəbər verir ki. Zəngəzur mis-molobden kombinatının zəhərli tullantıları Araz çayının qolu sayılan Oxçuçayını çirkəndirib. Zəngilan rayonu və Mincivan qəsəbəsindən keçən çay axıdılan tullantılara görə rəngini tamamilə dəyişib.

Ermənistan Fövqəladə Hallar Nazirliyi Nerkin Qiratax kəndi yaxınlığında zəhərli tullantıların Oxçuçaya qarışdığını və buna görə çayda ciddi çirklənmə olduğunu açıqlayıb. Araşdırmalara əsasən, cinayət işinin açılması gözlənilir.