Beynəlxalq tədbirin iştirakçıları Gənclər Fondunda qonaq olub


Digərləri 17 Okt 2019 19:35:43 218 0

Beynəlxalq tədbirin iştirakçıları Gənclər Fondunda qonaq olub

“Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihənin iştirakçıları Gənclər Fondunda səfərdə olublar.

Bakı. Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihənin iştirakçıları Gənclər Fondunda səfərdə olublar. Gənclər Fondundan Trend-ə verilən məlumata görə, 6 ölkəni təmsil edən 30 gəncə Fondun fəaliyyəti haqqında geniş məlumat verilmiş, təqdimat nümayiş etdirilmişdir. Fondun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq, Fondun gənclər üçün yaratdığı imkanlar barədə danışmış, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulamışdır. Daha sonra Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırmışlar. (adsgarden = window.adsgarden || []).push({}); Mərkəzin Baş katibi Gülnar Xəlilova səmimi qəbula görə Fondun rəhbərliyinə təşəkkürünü bildirmişdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin