Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var


Digərləri 17 Okt 2019 18:54:00 243 0

Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var

Şirvanda ağır yol qəzası baş verib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. "Mercedes" markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus "VAZ-21014" markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.