Ağcabədidə avtomobil qoyun sürüsünü vurub


Digərləri 17 Okt 2019 18:19:00 298 0

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub

Ağcabədidə avtomobil qoyun sürüsünü vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Gələbədini kənd sakinləri qoyun sürüsünü yoldan keçirmək istəyərkən həmin yolda yüksək sürətlə hərəkət edən "Hyundai-Sonata" markalı minik avtomobili idarəetməni itirərək sürünü vurub.

Hadisə nəticəsində 10 baş qoyun tələf olub, 11 qoyun isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.