Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı


Digərləri 17 Okt 2019 17:31:00 305 0

Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı, polis araşdırmalara başladı

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Bakı. Samir Əli - Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb. Trend-in məlumatına görə, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib. Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib. Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı şöbədə araşdırmalara başlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin