Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb


Digərləri 17 Okt 2019 16:24:00 307 0

Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artıb.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artıb. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, həmin müddətdə Azərbaycana 20 min çinli turist səfər edib. Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. (adsgarden = window.adsgarden || []).push({}); Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib. B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib. Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək. 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin