"Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq


Digərləri 17 Okt 2019 14:48:36 320 0

"Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq

Yaxın zamanlarda "Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq.

Son.az xəbər verri ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.

Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir:

"Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək üçün audiobələdçilərə başqa dillər də əlavə ediləcək. Bunlar çin, ərəb, türk və hind dilləridir. Qiymətlərə gəldikdə isə heç bir bir dəyişiklik olmayacaq. Xaricilər üçün ödəniş 20 manat, yerli sakinlər üçün 5 manatdır, uşaq və yaşlılar üçün isə ödənişdə 50 faiz endirim var. Yeni istiqamət növbəti ilin sonuna kimi istifadəyə veriləcək".

R.Bağırov "Baku City Tour"a olan tələbatdan da danışıb:

(adsgarden = window.adsgarden || []).push({});