Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üçün 500 min manatadək vəsait ayırıb


Digərləri 17 Okt 2019 11:27:00 185 0

Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üçün 500 min manatadək vəsait ayırıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Şəki-Zaqatala iqtisadi rayonunun sahibkarlarına heyvandarlıq və bağçaçılıq, eləcə də çörək məmulatları istehsalı sahələrində 39 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 491 min manat ayırıb

Bakı. Eldar Canaşvili - İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Şəki-Zaqatala iqtisadi rayonunun sahibkarlarına heyvandarlıq və bağçaçılıq, eləcə də çörək məmulatları istehsalı sahələrində 39 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 491 min manat ayırıb. Trend-in məlumatına görə, bu layihələrin icrası Zaqatala rayonunda 50-dək iş yerinin açılmasına imkan verəcək. Qeyd olunur ki, bu ilin əvvəlindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlaa 134 milyon manaq güzəştli kredit verilib. Bunlardan 65 faizi regionların payına düşüb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin