Türkiyənin Suriyada zərələşdirdiyi terrorçuların sayı 650ni keçib


Dünya 17 Okt 2019 09:57:00 201 0

Türkiyənin Suriyada zərələşdirdiyi terrorçuların sayı 650ni keçib

Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 653 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.

 

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 653-ə çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.