Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb


Digərləri 17 Okt 2019 08:49:00 234 0

Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb

Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 77 nəfərə çatıb

Bakı. Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 77 nəfərə çatıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində həmçinin azı 10 nəfər itkin düşüb, 340-dan artıq insan xəsarət alıb. Daha çox insan ölümü və yaralanması faktları ölkənin Honşü adasında yerləşən Fukusima və Miyagi, o cümlədən Kanaqava prefekturalarında qeydə alınıb. (adsgarden = window.adsgarden || []).push({}); Bildirilir ki, ölkədə axtarış-xilasetmə, həmçinin təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. Bu işlərdə ölkənin Özünümüdafiə Qüvvələrinin hərbçiləri də daxil olmaqla 110 mindən artıq insan iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin