"Sülh bulağı": 630dan çox terrorçu məhv edildi


Dünya 17 Okt 2019 08:33:00 262 0

"Sülh bulağı": 630dan çox terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 633 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 633-ə çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.