Çində Marsın tədqiqi üçün raket nümayiş edilib


Digərləri 17 Okt 2019 07:51:00 244 0

Çində Marsın tədqiqi üçün raket nümayiş edilib

Çin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) Mars planetinin tədqiqi üçün göndəriləcək "Mars 1" kosmik gəmisinin ilk şəklini dərc edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, yerli KİV-in məlumatına görə, tədqiqatçıların iki il sonra Qırmızı planetə göndərilməsi nəzərdə tutulur.

Alimlər qeyd edir ki, Marsın tədqiqi üzrə missiya üç mərhələdən ibarət olacaq. Kosmik gəmi Qırmızı planetin ətrafında dövrə vurduqdan sonra eniş edəcək, daha sonra ora baxış keçirəcək.

Hazırda Çinin Qobi səhrasında Marsdakı landşaftın və həyat şəraitinin imitasiyası üçün baza düşərgəsi qurulub.

Məlumata görə, kosmik gəminin sərnişin tutumu 60 nəfər təşkil edəcək. Onun bünövrəsi ağ, qübbəsi isə gümüşü rəngdədir. Bundan başqa, gəmi doqquz modul, o cümlədən yaşayış və dispetçer otaqları, istixana və hava şlüzü ilə təchiz edilib.

(adsgarden = window.adsgarden || []).push({});