Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı


Digərləri 17 Okt 2019 03:21:00 274 0

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub

Bakı. Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyindən bildiriblər. Nazirliyin məlumatına əsasən, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb. Lakin polis hələki 35 nəfərin ölümünü təsdiq edib. Bildirilir ki, qəza Məkkə ilə Mədinə arasında avtomobil yolunda baş verib. Avtobusda Səudiyyə Ərəbistanında yaşayan Asiya və Yaxın Şərq ölkələrinin vətəndaşları olub. (adsgarden = window.adsgarden || []).push({}); Qəzadan sonra avtobus alışıb. Avtobusda 40 nəfər olub. Xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin