İbrahim Kalın: Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz
Digərləri 17 Okt 2019 00:27:00 373 0
Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz
Bakı.
Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir sıra ölkənin Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Sülh bulağı" əməliyyatını dayandırmağa çağırışlarını şərh edərkən deyib.
İ.Kalın bildirib: "Sülh bulağı" əməliyyatı onun məqsədləri məqsədlərinə nail olmayana qədər əvvəlki tempdə davam edəcək".
Mətbuat katibi qeyd edib ki, "Sülh bulağı" əməliyyatı "bir dəfəyə bir neçə oyunu pozdu".
(adsgarden = window.adsgarden || []).push({});
Onun sözlərinə görə, "Sülh bulağı" əməliyyatının məqsədlərindən birinin Suriyada demoqrafik vəziyyətin dəyişdirilməsi olması barədə iddialar həqiqətə uyğun deyil: "Bunu YPG/PYD terrorçuları edir".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az