Azərbaycan nefti bahalaşdı


Digərləri 16 Okt 2019 23:50:00 428 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 62,92 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 62,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur. (adsgarden = window.adsgarden || []).push({}); Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,42 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin