Hadisə mühafizəçisini işdən çıxardı, qalmaqal yarandı


Digərləri 16 Okt 2019 20:54:00 286 0

Hadisə mühafizəçisini işdən çıxardı, qalmaqal yarandı

Türkiyənin pop ulduzu Hadisənin mühafizəçisini işdən çıxarması qalmaqala səbəb olub.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən insidentdən sonra işdən qovulan Mehmet Y-nin xanımı Gülşah Y. ilə sənətçinin meneceri, bacısı Hülya Açıkgöz məhkəməlik olub.

Buna səbəb qarşı tərəfin H. Açıkgözə şantaj xarakterli mesaj yazması olub. Gülşah Y. Sosial Müdafiə Qurumuna şikayət edəcəyini, TV-yə çıxıb qalmaqallı açıqlamalar verəcəyini bildirib.

Müğənninin bacısı isə hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə təqsirləndirilən şəxs H. Açıkgözü təhdid etmədiyini, onların diqqətini çəkmək üçün kobud tərzdə mesaj yazdığını vurğulayıb.

"Ərim 6 ay Hadisənin sığortasız mühafizəçisi olub. Əməyinin qarşılığını da almayıb"- deyə Gülşah Y. bildirib.

(adsgarden = window.adsgarden || []).push({});