Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum oldu


Digərləri 16 Okt 2019 16:49:00 265 0

Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum oldu

Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 20 radələrində "Stansiya Sumqayıt" qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.