Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq


Digərləri 16 Okt 2019 16:47:00 294 0

Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyası “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaratmağı nəzərdə tutur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaratmağı nəzərdə tutur. Trend-in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, artıq sistemin yaradılmasına başlanılıb. AMEA-nın elmi müəssisələrində çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər. Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq. Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev qeyd edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyatı qurumlar faydalana biləcək.