Bu il Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb


Digərləri 16 Okt 2019 15:02:00 248 0

Bu il Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb

2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb.

Bakı. 2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, bunlardan 490-ı təbii qaz, 49-u isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 125 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib. Nazirlik tərəfindən Ağsu, Lənkəran, Beyləqan, Quba, Kürdəmir, Gədəbəy, Salyan, Neftçala, Qobustan, Şamaxı, Balakən, Zaqatala, Şəmkir və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 140 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 34 iş üzrə, qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 189 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.