Uşaq səhvən kimyəvi maddə içibsə,


Digərləri 16 Okt 2019 14:05:00 290 0

Uşaq səhvən kimyəvi maddə içibsə,

Həkimlərin təcrübəsinə əsasən kiçik uşaqlar, məişətdə istifadə edilən kimyəvi maddələrdən başlayaraq, dərman həbləri də daxil olmaqla, hər bir kimyəvi vasitə ilə zəhərlənə bilərlər.

Məhz buna görə, bu halda əsas məqsəd belə bədbəxt hadisələrin profilaktikasından ibarətdir. Belə ki, uşaq iməkləməyə, daha sonra isə otaqda sərbəst gəzməyə başladıqda, evdə onun üçün potensial təhlükəli hesab edilən hər bir şey - məişətdə istifadə olunan kimyəvi vasitələr, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s. uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!

Son.az saglamolun.az-a istinadən bildirir ki, həkim-toksikoloqların sözlərinə görə, uşaqlar tez-tez dərmanlarla zəhərlənirlər. Onlar üçün böyüklərə aid olan bütün dərmanlar və həmçinin artıq dozada qəbul edilmiş "uşaq" dərmanları təhlükəli hesab edilir.

Uşağın dərman həbləri qəbul etdiyini, valideyinlər əksər hallarda, tez bir zamanda  deyil, onlar qana sovrularaq uşağa öz mənfi təsirlərini göstərdikdən sonra bilmiş olurlar. Ona görə də hər zaman uşağın hərəkətlərinə fikir vermək lazımdır. Belə ki, hər zaman aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olarsa, bu sizi şübhələndirməlidir.

Dərmanların təsirinə məruz qalan uşaq, yuxulu vəziyyətdən oyanmayaraq, yataqda sürünür, ağlayır və qışqırır. Bu hal uşaqda hallusinasiyaların (qarabasma) olmasından xəbər verir. Bu zaman uşaqda, qıcolmalar, bayılma, hətta koma da ola bilər. Zəhərlənmənin olmasına ilkin şübhələriniz olan kimi dərhal "təcili yardım" çağırmaq lazımdır!

Hətta uşaqda heç bir zəhərlənmə əlamətləri olmasa və uşaq özünü adi hallarda olduğu kimi aparırsa, ancaq siz otaqda yerə səpilmiş dərmanları görsəniz və ya uşaq özü sizə, bir qədər "şirin kürəciklər" yediyini söyləsə, bu halda da tez bir zamanda "təcili yardım" çağırmaq tələb olunur! Ola bilər ki, "yeyilmiş" həblər hələ ki, qana sovrulmadığı üçün uşağın orqanizminə öz təsirini göstərməyiblər.

Bəzi hallarda, elə olur ki, böyük uşaqlar təsadüf nəticəsində səhvən, kiçik uşaqlar isə hər şeyə maraq göstərmək adətindən hər hansı bir kimyəvi maddəni (təmizləyici vasitələr, benzin və s.) içə bilərlər.

Bu barədə ya uşaq özü sizə məlumat verə bilər, ya da uşaqda ağız suyunun artması, ağızin selikli qişasının və üzün qızarması və ya yanması, qusma  kimi əlamətlərə əsasən, siz özünüz də onun zəhərlənməsindən şübhələnə bilərsiniz.

Bu halda ləngimədən "təcili yardım" çağırmaq, həkim gələnə qədər isə qusma refleksi yaratmaqla uşağın mədəsini yumaq lazımdır. Dərmanlarla zəhərlənmə zamanı da bu üsuldan istifadə edirlər.

DİQQƏT! Uşaq benzinlə, kimyəvi turşu və ya qələvi ilə zəhərlənibsə, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər!

1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz - bu zaman onlar boğula bilərlər! Onların mədəsini xəstəxanada zondla yumaq lazımdır.

Həkim gələnə qədər  uşağı sakitləşdirmək, başının altına yastı yastıq qoymaqla onu yatağa uzatmaq, kiçik qurtumlarla ½-1 stəkan su (ondan başqa heç nə!) vermək lazımdır. Bu mədədə olan zəhərin durulaşmasına və qana sorulmasının ləngiməsinə səbəb olacaqdır! Əgər uşaq, döş sümüyü arxasında və ya qarnında kəskin ağrının olmasından (mədənin və ya yemək borusunun tamlığının pozulmasına şübhə yaradır) şikayət etsə, ona su da vermək olmaz!

İstənilən yaşda olan uşaq huşsuz vəziyyətdə olduğu halda da, onda süni şəkildə qusma refleksini yaratmaq olmaz.

(adsgarden = window.adsgarden || []).push({});