Yataqxanada yemək yeyən 70 tələbə zəhərləndi


Dünya 16 Okt 2019 14:42:00 298 0

Yataqxanada yemək yeyən 70 tələbə zəhərləndi

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.

P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.

Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.