Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb (FOTO)


Digərləri 16 Okt 2019 13:03:50 325 0

Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb (FOTO)

Müdafiə naziri Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın daim inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib.

Bakı. Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə naziri Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın daim inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib. Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb. Kontr-admiral B.Turan də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb. B.Turan həmçinin “NATO Günləri”nin ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb like
  • 16 Okt 13:02  
Digərləri Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb

Beynəlxalq Valyuta Fondu (IMF) "Global Economic Outlook" hesabatını

arrow Ətraflı
Bu il 29 qəsəbə, 10 yaşayış massivinə təbii qaz verilib like
  • 16 Okt 12:58  
Digərləri Bu il 29 qəsəbə, 10 yaşayış massivinə təbii qaz verilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif

arrow Ətraflı
Aİİ-nin kafedra müdiri Beynəlxalq Elmi Konfransda çıxış edib (FOTO) like
  • 16 Okt 12:51  
Digərləri Aİİ-nin kafedra müdiri Beynəlxalq Elmi Konfransda çıxış edib (FOTO)

Aİİ-nin kafedra müdiri Beynəlxalq Elmi Konfransda çıxış edib

arrow Ətraflı
İki cinsiyyət orqanının olduğunu 19 yaşında öyrənən qız dəhşətə gəldi  FOTO like
  • 16 Okt 12:48  
Digərləri İki cinsiyyət orqanının olduğunu 19 yaşında öyrənən qız dəhşətə gəldi FOTO

İngiltərənin Kent qraflığında yaşayan yeniyetmə qız iki cinsiyyət orqa

arrow Ətraflı
Bütün dünyanın türkləri, birləşin... like
  • 16 Okt 12:46  
Siyasət Bütün dünyanın türkləri, birləşin...

Bakı türk ulusunun nəbzinin vurduğu, qəlbinin döyündüyü məkan oldu. Ba

arrow Ətraflı
Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb like
  • 16 Okt 12:45  
Digərləri Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb.

arrow Ətraflı
Ronaldo Messidən 2 dəfə çox gəlir əldə etdi like
  • 16 Okt 12:42  
İdman Ronaldo Messidən 2 dəfə çox gəlir əldə etdi

2018-ci ildə instaqram vasitəsilə ən çox qazanc əldə edən şəxsl

arrow Ətraflı
“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” like
  • 16 Okt 12:39  
Digərləri “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”

İqtisadçı ekspert Vüqar Bayramov son günlər əhalinin siyahıya alınması

arrow Ətraflı
Bu il Azərbaycana 40 minə yaxın avtomobil gətirilib like
  • 16 Okt 12:39  
Digərləri Bu il Azərbaycana 40 minə yaxın avtomobil gətirilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30.908 ədəd müxtəlif təyina

arrow Ətraflı
Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi like
  • 16 Okt 12:36  
Digərləri Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina H

arrow Ətraflı
Meksikada ordu qərargahına HÜCUMDA 15 nəfər ölüb like
  • 16 Okt 12:34  
Digərləri Meksikada ordu qərargahına HÜCUMDA 15 nəfər ölüb

Meksikada ordu qərargahına hücumda 15 nəfər ölüb

arrow Ətraflı