Dövlət qulluğunda işləmək istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək - VAXT


Digərləri 16 Okt 2019 12:16:00 325 0

Dövlət qulluğunda işləmək istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək - VAXT

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanları keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 18, 25 oktyabr və 1 noyabr tarixlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 18, 25 oktyabr və 1 noyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.